Yeni agentliyə direktor və İH-yə üzvlər təyin olundu - Sərəncam

img

08-08-2019 [15:32]


Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. 

Mia.az xəbər verir ki, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin (İH) üzvləri təyin olunublar.

T. Kərimli 1981-ci ildə anadan olub. Qafqaz Universitetində Beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb. O, təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

T. Kərimli 2009-2017-ci illərdə "İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib.

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR