Prezident Atambayevi həbs edə bilməyən xidmət rəisinin istefasını rədd etdi: “Çıxıb getmək ən asan yoldur"

img

08-08-2019 [14:42]


Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Orozbek Opumbayev sabiq prezident Almazbek Atambayevi saxlayıb istintaqa təhvil vermək üçün ötən gün keçirilən əməliyyatın nəticəsiz qalması ilə əlaqədar istefa vermək niyyətini açıqlayıb.

"TASS” xəbər verir ki, parlamentin növbədənkənar sessiyasındakı nitqi zamanı Komitə rəhbəri baş verənlərdə onun da nöqsanı olduğunu düşündüyünü, artıq bu barədə prezident Sorunbay Jeenbekovla da söhbət etdiyini qeyd edib.

Lakin parlament qarşısında çıxış edən dövlət başçısı bu istefanı qəbul etmədiyini açıqlayıb. 

Ölkə prezidenti qərarını belə əsaslandırıb: "Belə bir çətin məqamda çıxıb getmək ən asan yoldur. Vəziyyət sabitləşəndən sonra güc qurumlarının baş verənlərdə məsuliyyəti məsələsinə qayıdarıq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR