"Güclü iradə ortaya qoymaqla..." - Əli Babacan yeni partiyası ilə bağlı rəsmən işə başladı

08-08-2019 [13:26]
Türkiyənin sabiq istisadiyyat naziri, hakim AKP-dən istefa verən Əli Babacan yeni partiya qurmaq istiqamətində fəaliyyətə başladığını rəsmən elan edib.

Mia.az xəbər verir ki, bu barədə o, açıqlama yayıb.

Bildirib ki,  Türkiyənin düşdüyü problemlərdən çıxması üçün son dərəcə vacib olan yeni partiya qurmaları istiqamətində yaxın tərəfdarlarları ilə birgə fəaliyyətə start veriblər.

O bildirib ki, dünyada popilizmin önə çıxdığı bir ərəfədə maliyyə və iqtisadi məsələlər, demokratiya təhdid altındadır: "Biz həm bu, həm də demokratik məsələlərdə ən vacib olan üstünlükləri hədəfləyirik. Güclü bir iradə ortaya qoymaqla, sabiq iqtisadi inkişaf və demokartiyanın təməl prinsiplərinə əməl etməklə, onu daha da irəliyə aparacağıq".

Mia.az


SON XƏBƏRLƏR