Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

20-07-2019 [13:53]


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, iyulun 21-də havanın temperaturu Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR