"3-4 milyonluq Bakıda hər gün 100 min adamdan 1 manat oğurlansa..." - "BakıKART"a ittiham

img

20-07-2019 [13:27]


""BakıKART"a "Milliön" xidmətinin 18002 saylı terminalında balansını artırmaq istəsəm də, ödədiyim 1 manat hesaba oturmadı".

Bu sözləri Mia.az-a Bakı sakinlərindən biri verib.

Adının saytda çəkilməsini istəməyən və əlindəki qəbzi redaksiyaya təqdim edən şəxs deyir ki, iyulun 17-də saat 15.04-də "Azadlıq" prospektindəki Musiqi məktəbinin qarşısında 100909357 saylı BakıKART-ına ödəmə həyata keçirib:

"Vəsaiti daxil etdim,  ödəmə qəbzi avtomatik verildi. Lakin ekrana baxdım ki, balans artmadı. Vəsaiti bərpa etmək  üçün aparatdakı əməliyyatı bir neçə dəfə təkrarlasam da, yenə alınmadı. Yaxşı ki, balansda həmin vaxt 85 qəpik vardı, yoxsa avtobusa minə bilməyəcəkdim. 

Mənə maraqlıdır, son manatı belə oğurlanan insanlar çarəni harada axtarmalıdır?! Necə olur ki, qəbzdə yüklənən məbləğ qəbzdə göstərilsə də, həmin pul kartın balansına oturmur? 

İndi siz təsəvvür edin ki, 3-4 milyonluq Bakıda hər gün 100 min adama qarşı belə edərlərsə, xırda görünən bu fırıldaqla gün ərzində nə qədər vəsait mənimsənilir?".

Məsələ ilə bağlı "Bakı Kart"dan münasibət öyrənmək mümkün olmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR