Jurnalistlərə yeni mənzillər nə vaxt veriləcək?

19-07-2019 [12:22]

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib.

O bildirib ki, həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə, mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".

Trend



SON XƏBƏRLƏR