Oqtay Şirəliyev həkimlərə tapşırıq verdi

19-07-2019 [10:35]

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı davam etdiyi dövrdə, müəyyən olunan yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcəklər.

Mia.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Əmrə əsasən, həkimlərin festivalın keçiriləcəyi yerlərdə növbə çəkmələri iyunun ayın 29-na qədər davam edəcək:

"Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər.

Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər".



SON XƏBƏRLƏR