Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

img

18-07-2019 [22:44]


Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.

Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR