Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib

18-07-2019 [19:58]
Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


SON XƏBƏRLƏR