İmişlidə pivə daşıyan yük maşını su kanalına aşdı - VİDEO

18-07-2019 [17:10]

İmişli rayonunda yük maşını su kanalına düşüb.

Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yol kənarında saxlayıb və avtomobildən enib. Avtomobil yolun eniş hissəsində olduğu üçün hərəkətə başlayıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət oalan olmasa da avtomobilə ciddi ziyan dəyib pivə çəlləkləri kanala düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.



SON XƏBƏRLƏR