18-07-2019 [14:05]
"Demokratik rejimlərdə partiya qurmaq bölücülük deyil".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu bir qrup jurnalistin suallarına cavab verərkən deyib.
O bildirib ki, AKP-nin dini siyasətə alət etməsi düz deyil: "Mənə gəlib "hara gedirsiniz?" deyənlərlə həmişə ətraflı söhbət etdim. Təəssüf ki, Türkiyədə din siyasətə alət edildi. Bunda bizim payımız varsa, hamımız bununla üzləşməliyik. Dini bir sorğuda ən az güvən din adamlarına duyulursa, hamımızın bunu düşünməsi vacibdir. Önümüzü kəsməyə çalışsalar da, mən danışacağam.
Əgər mənə başqa yol buraxılmazsa, o zaman partiyamı quracam. Siyasətdə qanun var, boşluq qəbul olunmaz. AKP özünə çəki-düzən verərsə, iqtisadi böhranı həll edəcək siyasət apararsa, kim nəyə ehtiyac hiss etsin ki? Amma bunu etməzlərsə, o zaman partiya qurmaq yeganə seçim olacaq. Bu isə nə xəyanət, nə də səhvdir".
Davudoğlu son vaxtlar özünə və ailəsinə qarşı təzyiqlərin də qəbuledilməz olduğunu deyib: "Həyat yoldaşımın konfransına niyə mane olunmalıdır ki?. Belə şeylər adamı yaralayır. Çox təəssüf ki, barəmdə hər cür hiyləgər kampaniyalar aparılır".
Davudoglu AKP sədri və Baş nazir olduğu dövrlərdə heç vaxt partiyadaşları arasında fərq qoymadığını da deyib:
"Amma gedib Ərdoğana deyirdilər ki, sənin ayağının altını Davudoğlu qazır. Heç vaxt belə istək və ya niyyətim olmayıb. Olsaydı, istefa verib, sakitcə çəkilməzdim. Hə, deyim ki, o vaxt istefa verməsəydim, AKP-də yeni seçkiyə getsəydim, seçilib-seçilməmədən aslı olmayaraq, partiya parçalanacaqdı. Ancaq mən bunu istəmədim. Əksinə, Ərdoğana dedim ki, elə edək ki, AKP yerlərdə möhkəmlənsin, şəbəkələşsin, dayanıqlı bir siyasi qüvvə kimi Türkiyədə uzun illər təsir gücündə qalsın. Yoxsa, sən, yaxud mən vəfat edən kimi, bu partiya dağılacaq.
Bunun üçün hətta Ərdoğana 3 variant da təklif olunmuşdu. Bunlardan biri də CHP, yaxud MHP ilə ittifaq idi. Lakin bunlar nəzərdə tutulduğu kimi olmadı. MHP ilə sonradan ittifaq quruldu, lakin görünən odur ki, aparılan yanlış siyasətlə AKP-nin səsi MHP-yə gedir...".
Davudoğlu daha sonra Baş nazir vəzifəsindən istefasından danı.ıb və deyib ki, ona "kukla baş nazir ol" təklifi edilib:
"Lakin mən nə buna, nə də müqavimət göstərib, AKP iqtidarının parşalanmasına getmədim. Zatən mənim xarakterim "kukla adam" statusunu qaldırmaz. Hər zaman harada olmuşamsa, sözümü deyən, mövqeyimi açıq qoyan adam olmuşam. Odur ki, başqa cür hərəkət gözləmək mümkün deyildi. İstefamdan əvvəl 3 gün təkliyə çəkilib, düşündüm və qərarımı verdim. Ancaq indi düşünürəm k, gərək Avropa Birliyi ilə viza məsələsini həll edib, sonra istefaya gedərdim...".
Mia.az
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib