Kəmaləddin Heydərov yeni əmr imzalayıb

img

18-07-2019 [10:13]


Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi iyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəyi otellərdə, habelə insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR