Vətəndaş mədəniyyətinin təbliği çərçivəsində layihə - FOTOLAR

img

17-07-2019 [18:41]


"Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi  tərəfindən  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Vətəndaş mədəniyyətinin təbliği”  layihəsi çərçivəsində "Vətəndaş cəmiyyətinin vətəndaş  mədəniyyətinin formalaşmasında rolu”  mövzusunda dəyirmi masa keçirilib. 

Mia.az xəbər verir ki, tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev,  QHT nümayəndələri, KİV rəhbərləri iştirak ediblər. 

Ə.Nuriyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Onun sözlərinə görə,  hazırda bu məsələ Azərbaycan cəmiyyəti üçün də aktualdır və sözügedən layihə bu istiqamətdə töhfə verəcək.

"Güzəran” Sosial Araşdırmalar İB sədri Qadir İbrahimli bildirib ki, dəyirmi masada məhz  vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin bərqərar olmasında nə etdiyi, nə etməli olduğu, hansı çağırışlarla üzləşdiyi barədə müzakirələr aparılcaq. Məqsəd yeni ideya və yanaşmaların axtarılması, QHT-lər üçün tövisyyələrin hazırlanmasıdır: "Hazırda qlobal qeyri-sabitlik dövründə vətəndaş  mədəniyyəti qeyri-sabitlikdən, cəmiyyətdə harmoniyanın pozulmasından əsas sığortalayıcı dəyərlər sistemi kimi qəbul olunur. Mürəkkəb geosiyasi regionda yerləşən və vaxtaşırı xarici təsirlələr üzləşən Azərbaycan üçün də vətəndaş mədəniyyəti dəyələrinin güclü şəkildə bərqərar olması aktualdır. Vətəndaş cəmiyyəti dəyərlərin geniş təşəkkül tapması ən yaxşı qoruyucu mexanizm kimi qiymətləndirilməlidir. Bu baxımdan bu mövzuda müzakirələr axtarışlar çox aktualdır və hər birinizin fikiri çox dəyərlidir”. 

Qadir İbarhimli əlavə edib ki, bu fikirlər sonra İstiqlal.az saytında yaradılan "Vətəndaş mədəniyyəti” bölməsində öz əksini tapacaq.

Layihə eksperti Zaur İbrahimli "Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu və vəzifələri " mövzusunda məruzə ilə çıxış edib.

QHT və KİV rəhbələri öz təkliflərini veriblər.  "XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev "Vətəndaş mədəniyyəti” adlı vəsaitin nəşr edilməsini təklif edib. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri  Əhməd Abbasbəyli gənclər üçün bu mövzuda maariflənmə aparılmasını, Qadınar Arasında Həmrəylik İB sədri Ruhangiz Hüseynova  zorakılıq,  ayrıseçkilik ideologiyasına qarşı vətəndaş mədəniyyəti dəyərlərinin təşviqini təklif ediblər. 



Digər xəbərlər
SON XƏBƏRLƏR