“Qarabağ” yeni transferini təqdim edib

17-07-2019 [19:00]
"Qarabağ” yeni transferi Maqaye Qeyeni təqdim edib.

Mia.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi "facebook” səhifəsi klubun meneceri Asif Əsgərovla 29 yaşlı fransalı hücumçunun şəklini paylaşıb.

Müqavilənin detalları barədə məlumat verilmir. Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.


SON XƏBƏRLƏR