Cəlilabadda gənc qız itkin düşüb

17-07-2019 [20:07]
Cəlilabad rayonunda gənc qız itkin düşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16 dekabr 2018-ci ildə  yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. 

Onun əlamətləri- boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qaradır. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR