Zakir Qaralov Şabran və Xaçmaz rayon sakinlərini qəbul edəcək

img

17-07-2019 [17:26]


Baş prokuror Zakir Qaralov iyulun 26-da saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR