Rusiya beynəlxalq təhlükəsizlik qurumları rəhbərlərinin görüşünü keçirməyi təklif edib

img

17-07-2019 [16:13]


Rusiya Avro-Atlantika və Avrasiya məkanlarında təhlükəsizlik sahəsində fəaliyyət göstərən başlıca təşkilatların rəhbərləri arasında görüş keçirmək təklifini irəli sürüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu çağırış ATƏT-in təhlükəsizlik əməkdaşlığı forumunda Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç tərəfindən səsləndirilib.

Hələ 2009-cu ildə Yunanıstanın ATƏT sədrliyi tərəfindən ATƏT, Aİ, NATO, MDB və KTMT-nin iştirakı ilə görüş keçirildiyi, sonradan oxşar tədbirin Qazaxıstan tərəfindən təşkil olunduğunu xatırladan rusiyalı diplomat iştirakçı təşkilatlar sırasına Şanxay Əməkdaşlıq Təşkilatını da cəlb etmək təklifini verib.

"Hələ 1999-cu ildə ATƏT-in İstanbul sammitində qəbul edilmiş "Əməkdaşlığa əsaslanan təhlükəsizlik platforması” ATƏT çərçivəsində maraqlı beynəlxalq təşkilatların bərabər inklüziv dialoqunu genişləndirmək imkanımız var və bu imkandan yararlanmalıyıq”, –  A.Lukaşeviç vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR