Finlandiya Avropa İttifaqı Şurasındakı sədrliyinin hədəflərini açıqlayıb

img

17-07-2019 [15:46]


"İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, Avropa İttifaqının (Aİ) müştərək dəyərlərinin bərqərar olması, insanların təhlükəsizliyi və qanunun aliliyi Finlandiyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin öncül hədəfləridir".

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı zamanı Finlandiyanın Baş naziri Antti Rinne bildirib.

İqlim dəyişikliyinin fəsadları məsələsində Aİ-nin 2050-ci ilədək karbon neytrallığına, yəni havaya karbon dioksid buraxılmasının sıfırlanmasına nail olmaq hədəfinin qarşıya qoyulduğu vurğulanıb.

"Əsas məqsədimiz 2019-cu ilin sonunadək bu planın əsas müddəalarına dair razılıq əldə etməkdir”, – baş nazir deyib.

O, bu yöndə qərarlarda "sosial dayanıqlığ”ın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR