Seyfulla Mustafayevdən Mirşahinlə bağlı suala sərt reaksiya: "Danışmıram!"

img

17-07-2019 [12:14]


"Real” TV-nin rəhbəri Mirşahin Ağayevin  jurnalist Əvəz Zeynallının "Qaynar qazan” layihəsinə verdiyi geniş müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müsahibədə vaxtilə ANS TV-nin rəhbərliyində çiyin-çiyinə çalışdığı Vahid və Seyfulla Mustafayev qardaşları ilə münasibətlərinin pisləşdiyini gizlətməyən Mirşahin Ağayev, artıq onlarla əlaqələrinin kəsildiyini və hazırda danışmadıqlarını etiraf edib.

ANS TV ilə bağlı suallara cavab vermək istəməyən M.Ağayevin sözlərindən belə anlaşılıb ki, Vahid və Seyfulla Mustafayev "Real” TV-nin açılmasından xoşhal olmayıblar və ondan inciyiblər.

Mia.az xəbər verir ki, Modern.az-ın əməkdaşı bu və ya digər məqamlarla bağlı Seyfulla Mustafayevlə əlaqə saxlayıb.

Lakin suala əsəbi reaksiya verən Seyfulla Mustafayev "Mən buna münasibət bildirməyəcəm”, - deyə danışmaq istəmədiyini vurğulayıb.

Xatırladaq ki, Milli Teleradio Şurası Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən etibarən dayandırılması barədə qərar qəbul edib.

ANS-in lisenziyasının ləğv edilməsinə səbəb kimi, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq göstərilib.

Onu da qeyd edək ki, həmin vaxt Vahid Mustafayev ANS TV-nin prezidenti, Seyfulla Mustafayev və Mirşahin Ağayev isə telekanalında vitse-prezidenti işləyirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR