Rəsmi Tehran İran mənşəli fransız qadın alimin həbs olunduğunu təsdiqlədi

img

16-07-2019 [18:08]


Rəsmi Tehran İran mənşəli fransız qadın aliminin həbs olunduğunu təsdiqləyib.

İranın ədliyyə orqanlarının sözçüsü Qulamhüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında alim Fəribə Adelxahın həbs olunduğunu təsdiq etsə də, insidentin səbəblərini izah etməyib.

O əlavə edib ki, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İyulun 15-də Fransanın Xarici İşlər Nazirliyi Tehrandakı konsulunun qadın alim ilə təcili görüşməsi üçün şərait yaradılmasını tələb edib. Nazirliyin bəyanatında bildirilir: Fransa İran hakimiyyətini xanım Adelxah ilə vəziyyətə dərhal aydınlıq gətirilməsinə çağırır, həmçinin konsulluq nümayəndəsinin onunla görüşməsi üçün şərait yaradılması tələbini bir daha təkrar edir”.

İran müxalifəti isə bildirir ki, "İranın müasirləşməsi” kitabında 1979-cu ildən sonra bu ölkədə baş vermiş dəyişiklikləri qələmə almış qadın alim ötən ay Tehranda müəmmalı şəkildə yoxa çıxıb. İddia edilir ki, İran polisi vaxtaşırı olaraq ikili vətəndaşlığı olan şəxsləri həbs edir/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR