Mübariz Qurbanlı ABŞ-a səfərə gedib

img

15-07-2019 [12:20]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-a səfərə gedib. 

Mia.az xəbər verir ki, Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.

Konfrans çərçivəsində "Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan "dəyirmi masa"nın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.

Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR