Ərdoğandan S-400-lə bağlı Vaşinqtona açıq mesaj: "Biz dürüst tacirik, əgər Türkiyə F-35-dən çıxarsa..."

img

14-07-2019 [19:14]


Türkiyə prezidenti Ərdoğan Rusiyadan alınan S-400-lərlə bağlı mühüm bəyanat verib.

Mia.az xəbər verir ki, o, Türkiyənin bu raketləri almasının səbəbini ölkəsinin təhlükəsizliyi ilə əlaqələndirib: "Rusiyadan 2020-ci ilə qədər bu raketlərin tədarükü davam edəcək. Bu raketlər bizə ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. Biz ölkəmzin təhlükəsizliyini təminat altına almaq istəyirik. Bu tarixi anlaşmadır. Biz Rusiya ilə S-500-lərin ortaq istehsalı üçün addım atmağa hazırlaşırıq. Biz dürüst tacirik. Gərəkən addımı vaxtında onlar (ABŞ-ı nəzərdə tutur) atmalı idi, alternativ variant irəli sürməli idilər...".

Ərdoğan F-35-lərlə bağlı yaranacaq problemə də toxunub. Bildirib ki, ABŞ-ın hazırkı addımları ortaqlığa və dostluğa yaraşan deyil: "Türkiyə əgər F-35 layihəsindən çıxarsa, qiymətlər uzaq başı 7-8 milyon dollar artacaq. İndi bizi sanksiya ilə hədələyirlər. Avropa Birliyi də Aralıq dənizindəki qazla bağlı fəaliyyətimizlə bağlı bəyanat yayır, bizi sanksiya ilə hədələyirlər. Bunların çoxu blefdir, qulaq asmamaq lazımdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR