Məmur olmaq istəyən 82 nəfər imtahan verdi, cəmi 40 namizəd keçdi

img

14-07-2019 [17:07]


DİM tərəfindən 14 iyul 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Mia.az-a verilən məlumata görə, imtahana qeydiyyat iyunun 18-dən iyulun 12-dək aparılıb və bu müddət ərzində 83 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 82 namizəd iştirak edib. 

İmtahan nəticələrinə əsasən, AA4 altqrupu üzrə 1 nəfər, AB1 altqrupu üzrə 1 nəfər, AB2 altqrupu üzrə 2 nəfər, AB3 altqrupu üzrə 3 nəfər AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 8 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 9 nəfər, AC4 altqrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə 40 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.



Digər xəbərlər
SON XƏBƏRLƏR