"Jurnalistlərin binası"ndakı mənzillərin kupçaları niyə ləngiyir? - Əmlak Komitəsi səbəbləri açıqladı

img

15-07-2019 [11:25]


Prezident İlham Əliyevin sərəncamı ilə Bakının  Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, 22 İyul - Mətbuat Günü mənzillərin kupçalarının  jurnalistlərə paylanılmasına təşəbbüs olub: "Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesinə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərməyə hazırıq. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR