Eldar Əzizov keçmiş komandasını toplayır - Meriyada yeni təyinat

img

12-07-2019 [16:36]


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

Təyinat xəbərini Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər. 

Qeyd edək ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olarkən, Ş.Cavadov şəhər təsərrüfatı üzrə onun müavini olub. Həmçinin Qüdrət Şükürov Bakı Lift İdarəsinin baş direktoru vəzifəsini icra edərkən öz müavini Ruslan Eyvaz oğlu Dilanovu işdən çıxarmışdı. O vaxtdan həmin vəzifə vakant idi.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Eldar Əzizovun iki ay əvvəl BŞİH-in Baş Əsaslı Tikinti İdarəsinə rəis təyin etdiyi Rəşid Ağayev də köhnə komandasının üzvlərindəndir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR