Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

12-07-2019 [14:16]
Gürcüstanda Tbilisi-Batumi magistral avtomobil yolunda qəza baş verib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilir. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırma aparır.


SON XƏBƏRLƏR