Fuad Muradovun qazilərə "Qumarbaz" deməsi narazılıq yaratdı - Nə baş verir? + FOTOLAR

12-07-2019 [12:07]

"Qazaxlı Alik" kimi tanınan, Qarabağ müharibəsinin iştirakçısı Alik Muradovun oğlu Fuad Muradov Qazaxdan olan Qarabağ qazilərini təhqir edib. 


Demokrat.az xəbər verir ki, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin üzvlərinin,  Qarabağ Qazilərin toplaşdığı "Qazilər çay ocağı"na gələnləri "narkoman" və "qumarbaz" adlandırıb. Sosial şəbəkələrdə onların ünvanlarına təhqir dolu ismarıclar göndərib. 


"Qazilər Çay Ocağı" adlı məkanla bağlı maraqlanmaq üçün "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyevlə danışdıq. 

 


O, Demokrat.az-a açıqlamasında bildirib ki, həmin məkan deyildiyi qazilərimiz, şəhid ailələrinin üzvləri və ürəyi Vətən eşqiylə döyünən, bu uğruda canını qoyan hər kəs üçün açıqdır. 


"Buna görə, çox təəssüf edirəm. Amma mən bu "Qazilər Çay Ocağı" ilə onu deyə bilərəm ki, heç də deyildiyi kimi deyil. Əksinə, ora gələn şəxslərə çay pulsuzdur.  6-8 çaynik çay içsə də ona deyən yoxdur ki, durun çıxın buradan. Hər kəs bir-birinə hörmət edir. Bizim "Qazilər Çay Ocağı"nın qapısında iki bayraq-Azərbaycan və Türkiyə bayraqları asılıb.  Ora gələnlər iki bayrağın altdan keçir. Hər oğulun haqqı deyil o bayrağın altdan keçmək. 

   
Çay ocağının daxilində Ali baş komandanımız cənab İlham Əliyevin, I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəkili var. Həmçinin, bizim rayonun icra başçısı ayda bir dəfə gəlib biz qazilərlə çay içir, söhbət edir. Mən şəxsim adına deyirəm. Mən özüm medallardan imtina etmiş adamam. Səbəb də torpaqlarımızın 20 faizi işğalda olarkən o medalı taxıb rahat gəzə bilmərəm.

 


Məndən də qat-qat üstün qardaşım bizim İctimai Birliyin Sədri qardaşımız Kamandar Məmmədov  vətən uğrunda canından keçib. Hətta o yaralansa da yenidən döyüş bölgəsinə qayıtmış şəxsdir. Təəssüf edirəm ki, indi o onkoloji xəstəlikdən əziyyət çəkir.  


Bir də onu vurğulayım ki, bizim çay ocağında olan şəxslər bir neçə gün öncə şəhid düşən qardaşımızın dəfn xərclərini qarşıladı, hətta cənazəsinin daşınmasında biz qazilər iştirak etmişik. 

 


Amma Fuad Muradovun istəyi nədir, niyə o sözləri yazıb mən bilmirəm. Bu barədə onunla danışacam. Mən adəti halda "facebook"da bubarədə  mübahisə edən şəxs deyiləm. Sadəcə mən onun etik şəkildə bizim çay ocağına çay içmətyə dəvət etmişdim. O isə elə cavab verib. Amma niyə elə yazıb bilmirəm, bu barədə danışmaq istəmirəm, özüylə danışıb, araşdıracam onun istəyini".

 

Əldə etdiyimiz məlumata görə, Fuad Muradov bir vaxtlar Əli Kərimli, İsa Qəmbər kimi müxalifət liderlərinin yaxın silahdaşı olmuş, hazırda özünü xeyriyyəçi kimi təqdim edən Arzuman Abdulkərimovun piar menecerliyini edir, köməkçisidir. 


Onun bütün tədbirlərinin təşkilində iştirak edir. Hətta F.Muradov onun "Hilal Media" facebook səhifəsinin və youtube kanalını idarə edir.

 

 

Lamiyə Turan

Demokrat.az



SON XƏBƏRLƏR