Azərbaycanda Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası yaradılacaq

11-07-2019 [17:52]
"Yaxın vaxtlarda "Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası” İctimai Birliyi yaradılacaq".

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə İmişli rayonunda "Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativi"nin təsis konftansı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quluyev məlumat verib.

O həmçinin deyib ki, hazırda soğan baha deyil: "Bu məhsul, demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır. Soğanın məhsuldarlığı yüksəkdir, buna görə də onun qiymətində azalma var və hətta Azərbaycandan ixrac olunur”. 


SON XƏBƏRLƏR