Gəncədə şəhid polislər anıldı - FOTO

img

11-07-2019 [15:34]


İyulun 11-də ötən il iyul ayının 10-da radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərən zaman, onların qanunazidd əməllərinin qarşını alarkən şəhid olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun anım mərasimi keçirilib.

​DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, ​Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.

Anım mərasimində şəhid polislərin məzarları önünə əklik qoyulub, üzərlərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Anım mərasimindən sonra şəhid olan polis əməkdaşlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR