Qonaq getdiyi evdən oğurluq edən şəxs tutuldu

11-07-2019 [12:44]
Şəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır. 


SON XƏBƏRLƏR