11-07-2019 [12:08]
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli simpozium iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.
Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.
Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" beynəlxalq simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi. 2017-ci ilin "Azərbaycanda İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin - amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II beynəlxalq simpoziumunun maraqlı və kostruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram".
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları