10-07-2019 [14:34]
Gəncə şəhərində "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilib.
Mia.az xəbər verir ki, tədbir "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə rəhbəri, "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva qeyd edib ki, bu tədbirin keçirilməsi üçün Gəncə şəhəri təsadüfi seçilməyib: "Bir il əvvəl (2018-ci ilin 3 iyulunda) Gəncə şəhərində icra başçısını odlu silahla qətlə yetirmək cəhdi olub. Bu, bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində öz məkrli siyasi maraqlarını həyat keçirmək istəyən qrupların dövlətçiliyə qarşı təxribatı kimi qiymətləndirilir. İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki yüksək rütbəli polis zabitini qətlə yetirməsi isə Gəncə hadisələrinin kulminasiyası idi. Azərbaycanın ikinci böyük şəhərində bu cür hadisələrin baş verməsi qarşısıalınmaz proseslərə yol aça bilərdi. Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı. Lakin dini şüarlarla pərdələnən, təxribatçı qüvvələr hələ də internet resurslarında və mümkün olan hər yerdə Gəncə hadisələrini "qəhrəmanlıq salnaməsi” kimi təqdim etməkdədir".
Ülkər Abdullayeva bildirib ki, əslində bu layihəni həyata keçirməyə təkan verən amillərdən biri də Gəncədə baş verən həmin olaylar olub.
O qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dindən siyasi alət kimi istifadə etməyə cəhdlər dövlətin təməlini sarsıda bilər. Son zamanlar Azərbaycanda radikal dindarların sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan QHT sədri, bu sırada xeyli qadının da olduğunu diqqətə çatdırıb.
"Azərbaycan qadına ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl seçki hüququ verən ölkədir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyət nəinki təkcə müsəlman və türk şərqində ilk demokratik dünyəvi respublika idi, o, həm də qadınların hüquq və azadlıqlarını tanıyan ilk müsəlman ölkəsi idi. İlk respublikamızın qurucuları qadınlarımızı çadradan, dini xurafatdan, cəhalətdən azad olmağa, dünyəvi təhsil almağa ruhlandırmışdılar. Təəssüf ki, 100 ildən sonra Azərbaycan qadınları yenidən çadraya bürünərək radikal dini cərəyanların təsiri altında fundamentalizmə, cəhalətə yuvarlanmaqdadır” – deyən layihə rəhbəri son illərdə xeyli sayda Azərbaycan qadınının öz ailəsini, doğmalarını ataraq "cihad etmək” adı altında Yaxın Şərq ölkələrinə getdiyini xatırladıb.
Radikal dini təşkilatlara qoşulan qadınların başına gətirilən müsibətlərdən bəhs edən QHT sədri, gəncəli həmcinslərini ayıq olmağa, dini xurafatdan uzaq durmağa, xarici ölkələrdən idarə olunan radikal dindarların təsiri altına düşməməyə, hər fürsətdə ətrafdakı insanları bu barədə maarifləndirməyə çağırıb.
Layihənin eksperti Nərmin Şamilova dünyadakı radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları öz qlobal torlarına necə saldıqları, onlardan necə istifadə etdikləri barədə ətraflı məlumat verib. Sonra mövzu ətrafında fəal müzakirələr gedib.
Tədbir iştirakçıları faydalı məlumatlara görə layihə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib