“Neptun” supermarketindən bulka aldı, içindən şurup çıxdı - FOTO

img

10-07-2019 [14:13]


Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb. 

Həmin un məmulatının Bakıdakı "Neptun” supermarketindən alındığı bildirilib. 

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır. 

"Neptun”dan "Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir: 

"Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", -  supermarketdən bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR