Prezident "Bandotdel"in rəisinə yüksək vəzifə verdi - Sərəncam

05-07-2019 [18:51]

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az Strateq.az-a istinadla xəbər verir ki, sərəncama əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini təyin edilib.

Xatırladaq ki, 970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının məzunudur.

Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

 2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.

 



SON XƏBƏRLƏR