I qrup əlillər və müharibə veteranlarına verilən təqaüdlərlə bağlı dəyişiklik - Fərman + Detallar

img

01-07-2019 [18:29]


Bu gün Prezident İlham Əliyev  "Müharibə veteranlarına Azərbaycan   Respublikası   Prezidentinin   təqaüdü”nün   təsis   edilməsi  haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, frmana əsasən,  "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan   Respublikası   Prezidentinin    təqaüdü”nün    təsis   edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544) ilə təsdiq edilmiş "DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı dəyişikliklər edilib:

1. 5.2.2-ci yarımbəndin 11.1-11.5-ci abzasları ləğv edilsin.

2.  7-ci hissə üzrə:

2.1. 7.8-ci və 7.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

7.8.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə

7.9.

ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə

 2.2. aşağıdakı məzmunda 7.11 - 7.13-cü bəndlər əlavə edilsin:

7.11.

I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə

7.12.

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə

7.13.

müharibə veteranlarına

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR