Mingəçevirdə odlu silahla qətl törədən şəxs saxlanılıb

img

26-06-2019 [13:30]


Daxili İşlər Nazirliyi (DİN) Migəçevirdə baş vermiş qətllə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.Az-a bildirilib ki, iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində yaşayan Ənvər Umudovun evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "İJ-16” markalı tüfəng götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR