Nizami rayonunda güllələnmə: 40 yaşlı Ucar sakini öldürüldü

25-06-2019 [10:52]
Bakıda 40 yaşlı kişi güllələnərək öldürülüb.

"Report" xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospektində Ucar rayon sakini Asim Hüseynov odlu silahdan atəş açılmaqla qətlə yetirilib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR