Tbilisidə etirazçıların sayı artıb - Rustaveli prospekti bağlanıb

img

24-06-2019 [21:51]


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospekti bağlanıb.

Prospektdə avtomobillərin hərəkəti dayandırılıb.

Bu ərəfədə etiraz aksiyasına Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua da qoşulub. O, jurnalistlərə açıqlamasında aksiyaçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbini dəstəklədiyini bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR