Abşeronda yol qəzası olub, üç nəfər yaralanıb

img

24-06-2019 [16:25]


Abşeron rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə rayonun Mehdiabad yolunda, Gənclər şəhərciyində qeydə alınıb.  

Qəza zamanı 34 yaşlı Elvin Əliyev sol diz oynağının travması, 62 yaşlı Təhmasib Allahverdiyev alt dodağın kəsilmiş yarası diaqnozu, 27 yaşlı İdris Kərimov isə qapalı kəllə beyin travması və gözün travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR