Qazaxıstan nüvə silahının qadağan edilməsi haqqında sazişi təsdiqləyib

img

24-06-2019 [13:37]


Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) nüvə silahının qadağan edilməsi haqqında sazişi ratifikasiya edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı qərar qanunverici orqanın iyunun 24-də keçirilən plenar iclasında qəbul olunub. 

Sazişə əsasən, üzv dövlətin ərazisində nüvə silahları və ya nüvə partlayıcı qurğularının istehsalı, sınaqdan keçirilməsi, əldə edilməsi, ötürülməsi, saxlanması və yerləşdirilməsi qadağan olunub. Sənəd həmçinin nüvə silahlarının istifadəsini, eləcə də ondan istifadə ilə bağlı təhdidlər edilməsini qadağan edib.

Qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidentinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR