FIDE Bakıda seminar keçirir

img

24-06-2019 [11:49]


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir. 

Federasiyadan "Report"a verilən məlumata görə, 4 ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq.

Seminarın açılış günündə FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək hakimlərə uğurlar arzu edib.

Qeyd edək ki, seminarı AŞF-nin vitse-prezidenti, bir çox mötəbər çempionatlarda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də Kanadadan ölkəmizə səfər edən beynəlxalq hakim Vadim Çıpin idarə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR