Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat edib

24-06-2019 [09:39]
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı dünyasını dəyişib.

Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.

Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub/Report.


SON XƏBƏRLƏR