Turizm ekspertləri və mütəxəssislərlə müzakirələr aparılır – QAFAM yeni layihə həyata keçirir

23-06-2019 [23:14]

"Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsini həyata keçirir.

Təşkilatdan Mia.az-a verilən məlumata görə, hazırda Quba rayonu ərazisində yaşayan Şahdağ milli etnik qrupuna aid xalqların mədəni dəyərlərinin dərindən öyrənilməsi və gəlmə turizmin inkişafı üçün xarici ölkələrdə təbliğ olunması məqsədilə onların yaşadığı kəndlərdə layihə fəaliyyəti dövründə keçiriləcək sorğu suallarının tərtibi ilə əlaqəli turizm sənayesinin nümayəndələri, eləcə də Azərbaycan Turizm və Menecment Universiteti, Turizmin İnkişafına Kömək İctimai Birliyi, Quba Turizm İnformasiya Mərkəzi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki  Mərkəzin mütəxəssisləri ilə müzakirələr aparılır.

Layihənin yekunu kimi ingilis dilində hazırlanaraq beynəlxalq səviyyədə turizm agentlikləri və turizm informasiya mərkəzlərinə göndəriləcək bukletə daxil ediləcək məlumatlar ilə layihə çərçivəsində hazırlanacaq dərs vəsaitinin də tərtibi birlik əməkdaşları və layihəyə cəlb edilmiş ekspertlərlə birgə aparılır.



SON XƏBƏRLƏR