İstanbulda seçki: 10.5 milyonun səsverməsi başa çatdı - Səslər sayılmağa başladı

23-06-2019 [18:03]

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermə başa çatıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9.00-da başlayan səsvermə saat 18.00-da yekunlaşıb.

Qeyd edək ki, İstanbul üzrə 31186 seçki dairəsi üzrə 10 milyon 560 min 963 nəfərin səsvermə hüququ olub.

İlkin məlumata görə, budəfəki seçkiyə rekord seçici qatılaraq, səs veriblər.

Saat 18.00-dan qutular açılaraq, səslərin sayılmasına başlanılıb.

Nəticələrin bu gecə saatlarına qədər elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, seçkidə əsas rəqabət AKP-li Binəli Yıldırımla CHP-li Əkrəm İmamoğlu arasında gedir.

 Mia.az



SON XƏBƏRLƏR