İstanbulda seçki: rəqiblər səs verdi - Ərdoğandan ilk açıqlama

23-06-2019 [14:31]

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda təkrar bələdiyyə seçkiləri start götürüb.

Mia.az xəbər verir ki, az əvvəl Binəli Yıldırım səsini verib.

Onunla eyni vaxtda əsas rəqibi Əkrəm İmamoğlu Bəylikdüzü rayonunda seçkidə iştiark edib.

Prezident Ərdoğan isə həyat yoldaşı və kürəkəni ilə birlikdə Üsküdarda səslərini veriblər.

Səsvermədən sonra isə o, prosesi sonadak İstanbuldan izləyəcəyini deyib. Prezident bildirib ki, bu gün istanbulluların düzgün seçim edəcəyinə inanır.

CHP lideri və MHP liderləri isə səs verməyiblər. Onların hər ikisi Ankaradan seçkini izləyəcəklərini açıqlayıblar.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 9-da səsvermə başlayıb.

Bu gün 10 milyon 560 min 963 seçici səs verəcək.

 



SON XƏBƏRLƏR