"Anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur" - Rəsmi Tbilisidən bəyanat

img

22-06-2019 [16:55]


"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur".

Bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb.

Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər: "Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur".

Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR