Putindən Gürcüstana ilk həmlə: Moskva deputatlarının qisasını alır - FƏRMAN

img

21-06-2019 [23:12]


Rus deputatlarının səfərinə görə Gürcüstanda baş verən qanlı toqquşmadan sonra Rusiya prezidenti Putin rəsmi Tbilisiyə qarşı ilk sərt həmləsini edib.

Mia.az TASS-a istinadla xəbər verir ki, Putin az əvvəl Gürcüstanla bağlı fərman imzalayıb.

Fərmana əsasın, Rusiyanın bütün avia şirkətlərinə Gürcüstana sərnişin daşımaları qadağan olunub.

Fərman iyulun 8-dən qüvvəyə minəcək.

Xatırladaq ki, rus deputatlarının Tbilisiyə səfərindən sonra ölkədə ara qarışıb. Nəticədə rus deputatlar ölkəni tələsik tərk etməli olublar. 

Onlara görə başlayan aksiyalarda isə 240 nəfər yaralanıb, 304 etirazçıya cinayət işi açılıb. Bundan başqa, bu gün Gürcüstan parlamentinin spikeri istefa vermək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, bu gün Gürcüstan prezidenti  Salome Zurabişvili Rusiyaya qarşı kəskin  bəyanat verib.

O, "Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi "beşinci kalon" bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil", - deyə bildirib.

Görünür, rus deputatların qovulmasından sonra ölkə prezidentini belə bir bəyanatı da Putinin qisas hissini alovlandırıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR