Zurabişvilidən Moskvaya sərt ittiham: "Rusiya işğalçıdır, düşmənimizdir..."

img

21-06-2019 [11:32]


"Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi "beşinci kalon" bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil".

Mia.az xəbər verir ki, bu bəyanatı Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında keçirilən etirazlara münasibət bildirərkən "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Gürcüstanda daxili qarşıdurmanı təşviq edənlər "Rusiya siyasəti"ni dəstəkləyənlərdir. 

Bundan başqa, Gürcüstan prezidenti sabiq dövlət başçısı Mixeil Saakaşvilinin polisin etirazçılara qoşulmasına dair çağırışını pisləyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR