Prezident daha bir fərman imzaladı

20-06-2019 [18:56]
Prezident İlham Əliyev fərman imzalayıb. 

Mia.az-ın məlumatına görə, fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilir.

Fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.

Fərmanla Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib. 


SON XƏBƏRLƏR