"Sınaqdan çıxmış komanda üzvləridir" - Deputatdan yeni təyinatlara reaksiya

img

20-06-2019 [19:01]


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin kadr dəyişikliyi üzrə bu gün imzaladığı sərəncamları yüksək qiymətləndirib.

Mia.az xəbər verir ki, deputat yeni vəzifəyə təyin olunanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

"Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib. Məncə hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Hamısını təbrik edirəm, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram.

Ümid edirəm kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək. Xeyirli olsun."


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR